İİR Ordusu təyyarələrinin «Vilayət səmasının müdafiəçiləri-99» təlimlərində təsirli iştirakı
İran İslam Respublikası Ordusu təyyarələrinin «Vilayət səmasının müdafiəçiləri-99» təlimlərində təsirli iştirakı olub.
SəhərAzəri xəbər verir, İran ordusunun hava qüvvələrinin komandanı bu qüvvələrin təyyarələrinin «Vilayət səmasının müdafiəçiləri-99» adlı hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış hərbi təlimlərdəki iştirakını təsirli və faydalı adlandırıb.
Briqada generalı Əziz Nəsirzadə bu barədə belə deyib: İran İslam Respublikası Ordusunun hərbi hava qüvvələrinin qırıcı və izləyici təyyarələrinin hücumçu qüvvələr formasında iştirakı və taktiki-müdafiə addımları bu qüvvələrin F-4, F-14 və pilotsuz təyyarələrinin həmin hərbi təlimlərdə həyata keçirəcəkləri planlardan idi.
Ordu ilə Sepah arasında birgə formada keçirilən «Vilayət səmasının müdafiəçiləri-99» adlı hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış hərbi təlimləri İran hava hücumundan müdafiə qərargahının əməliyyat nəzarəti və istiqamətləndirməsi ilə dünəndən etibarən, ölkənin yarısından çox olan bir miqyasda başlanıb.