Okt 27, 2020 07:51 Asia/Baku
  • Sepah Fransa prezidentinin hörmətsizliyini pisləyən bəyanat yayıb

Sepah Fransa prezidenti Emmanuel Makronun İslam müqəddəslərinə qarşı hörmətsizliyini pisləyib.

SəhərAzəri xəbər verir, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bir bəyanatda bildirib: Sionist və hegemonçu sistemin başçıları bəşəriyyətə qarşı olan və böhrana qərq olmuş Qərbi özünün düzəltdiyi bataqlıqdan xilas edə bilməyəcəklər. Şübhəsiz, onlar o qədər də uzaqda olmayan bir gələcəkdə, meydan etirazları və fransız məhsulların boykot edilməsindən daha geniş miqyasda, İslam Ümmətindən münasib cavablar almağın intizarında olmalıdırlar.

Sepah-ın bəyanatında sonra deyilir: Fransanın son islamofob, şeytani ssenarisi, dırnaqarası «Avropada söz azadlığı bayraqdarı» xüsusiyyət təşkil etməklə Qərbdəki ziddiyyətdən söz açır. Bu da onların özlərinin İslamın yayılması və Qərb ölkələri vətəndaşlarının müqəddəs İslam dininə və Böyük İslam Peyğəmbəri(s.ə.s)-in təlimlərinə olan təmayüllərinin qarşısının alınması sahəsindəki nakamlıqlarını ört-basdır etmək üçün həyata keçir.

Teqlər