Okt 27, 2020 13:17 Asia/Baku
  • İranın neft sənayesi təslim olmayacaq

İranın neft naziri bir tvittdə Vaşinqtonun Tehrana qarşı yeni sanksiyalarına reaksiyada bildirib ki, İranın neft sənayesi təslim olmayacaqdır.

SəhərAzəri xəbər verir, Nazir yazıb ki, xaricdə sanksiyaya şamil olacaq heç bir maliyyəsi yoxdur.

Bijən Namdar Zəngəne bu tvittdə vurğulayıb ki, dünyada təkvektorluluq dövrü başa çatıbdır. O, sonra bildirib ki, özünə və həmkarlarına qarşı sanksiya, Amerikanın İranın neft ixracatını sıfıra endirmək üzrə siyasətinin uğursuz qalmasına zəif mövqedən edilən reaksiyadır.

Amerikanın maliyyə nazirliyi bazar ertəsi günü axşam İranın neft naziri və neft nazirliyini, onunla bağlı olan təşkilatları və bir neçə digər şəxsi, seçki təbliğatı vasitəsinə çevrilmiş sanksiyalar siyahısına saldı.

Teqlər