İslami vəhdət konfransı başa çatıb
İranın məhkəmə hakimiyyətinin sədri hegemonçuluq sistemi qarşısında dayanmağı İslami quruluşun strategiyası adlandırıb.
SəhərAzəri xəbər verir, Rəisi deyib ki, fəal müqavimət birliyin, zəlilcəsinə saziş isə təfriqənin bünövrəsidir.
Dünən axşam Tehranda, 34-cü beynəlxalq islami vəhdət konfransının bağlanış mərasimində birlik məsələsinin İslam dünyasında mühüm və taktiki məsələ olduğunu vurğulayan Seyid İbrahim Rəisi deyib: Vəhdətin öz tələbləri vardır ki, onlara sadiq qalmaq və İslam dünyasının bütün imkanlarından İslam düşmənləri ilə mübarizədə istifadə etmək gərəkdir.
Rəisi sonra söyləyib: İslam dünyası xristianlığa qarşı deyil, ateizmə qarşıdır.
Rəisi həmçinin Fransa prezidenti Emmanuel Makronun «Şarli Ebdo» nəşrinin İslam Peyğəmbəri(s.ə.s.) barədəki karikaturalaranı himayə etməsinə işarə ilə belə qeyd edib: Makron nə öz ölkəsinin qanununa əməl etdi, nə də ki, beynəlxalq müqavilələrə sadiq qaldı; o, bütün qanunların əksinə olaraq, Peyğəmbər(s.ə.s)-ə inanan iki milyardın qarşısında danışdı.
Rəisi söyləyib: Kilsədə qan tökən kəs, baş kəsən kəs, regionu təhlükəli edən İŞİD-çi məhz qərblilərin məhsullarıdır.
34-cü beynəlxalq islami vəhdət konfransı İslam dünyasının 160-dan çox görkəmli şəxsiyyətinin iştirakı ilə virtual formada keçirilibdir.