Zərif Boliviyanın seçilmiş prezidentilə görüşüb
Noy 08, 2020 11:31 Asia/Baku
Boliviyada səfərdə olan İranın xarici işlər naziri bu ölkənin yeni seçilmiş prezidentilə görüşüb.
SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif Boliviyanın yeni prezidenti Luis Arse və vitse-prezidenti David Kokexuanka ilə görüşdə Luis Arsenin seçkilərdə qalib gəlməsini təbrik edib və onlara və Boliviya xalqına ən yaxşı arzuları diləyibdir.
Zərif və Arse həmçinin siyasi və iqtisadi münasibətlər və onların inkişaf yolları ətrafında fikir mübadiləsi aparıblar.
İranın xarici işlər naziri Boliviya prezidentinin inaqurasiya mərasimində iştirak etmək üçün həmin ölkə parlamenti sədrinin qarşılama mərasimi ilə dünən gecə La-Pasa daxil olubdur.
İran İslam Respublikasının xarici işlər naziri Boliviyaya səfərdən öncə Kuba və Venesuelaya səfər edibdir.