Noy 09, 2020 15:15 Asia/Baku
  • İranın şimal-qərb sərhədlərində davamlı təhlükəsizliyin vacibliyi vurğulanıb

İran İslam Respublikası Xatəmül-Ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının komandir əvəzi İran sərhədçilərinin gecə-gündüz səylərini yüksək dəyərləndirərək, deyib: "Hazırda Ərdəbil Vilayətinin şimal sərhəd zolağında sərhədçilərin gecə-gündüz çalışmaları və bu ərazilərdə yerləşdirilən bölmələrin hazırlığı nəticəsində sərhəd bölgələrində davamlı sakitlik və təhlükəsizlik hökm sürür.

SəhərAzəri xəbər verir, Xatəmül-Ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının komandir əvəzi briqada generalı Əmir Qadir Rəhimzadə Pars Abad şəhərinin sərhəd bölgələrinə baxış keçirərkən, deyib: "Hazırda Ərdəbil vilayətinin sərhəd zolağında, xüsusilə də Pars Abad və Aslanduz şəhərlərində İran İslam Respublikası Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hava Hücumundan Müdafiə bölmələri təchizatlarının yerləşdirilməsi ilə İran İslam Respublikası Silahlı Qüvvələri tam hazır vəziyyətdədir.

"İslami İranın sərhəd bölgələrində, xüsusilə Ərdəbil vilayətinin şimalında davamlı təhlükəsizlik və sakitliyin təmin edilməsi üçün Qarabağ regionunun hərbi prosesləri 24 saat izlənilir", - deyə o, əlavə edib.

Xatəmül-Ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının komandir əvəzi qeyd edib ki, mübahisəli Qarabağda döyüş tərəflərinə İran İslam Respublikasının hava məkanına koordinasıya olmadan hər hansı bir uçan obyektin girəcəyi təqdirdə, İranın qətiyyətli cavabı ilə üzləşəcəkləri barədə ciddi xəbərdarlıq edilib.

Teqlər