SEPAH-ın Amerika xalqına mesajı yayımlandı:
Özünüzü Fələstini işğal edənlərdən ayırın
İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH Amerika xalqına bir məktub ünvanlayıb və onları Fələstini işğal edənlərdən uzaqlaşmağa çağıraraq, İran və Amerika xalqlarının sülh şəraitində birgə yaşaya biləcəyini bəyan edib.
SEPAH-ın Amerika xalqına ünvanladığı məktubda bildirilir: "Siz, Amerika xalqı, bu acınacaqlı taleyi dəyişə biləcək tərəfsiniz. Hesabınızı, gec və ya tez həmin torpaqları tərk edib öz ölkələrinə qayıtmağa məcbur qalacaq Fələstin işğalçılarından ayırın. Biz sülh şəraitində birgə yaşaya bilərik."Məktubda əlavə edilib: "Üsyançı, uşaq qatili, həzzpərəst və düşüncəsiz hökuməti kənara qoyun; işlərinizin idarəçiliyini xuliqanlara deyil, mütəfəkkirlərə həvalə edin və onlara xatırladın ki, dünya dəyişib. Dünya xalqları oyanıb və süngü gücü ilə millətlərin sərvətinin talan edilməsi dövrü başa çatıb. Bu əsr xalq iradəsinin zəfər əsridir. Bu qeyri-insani yolun davam etdirilməsi Birləşmiş Ştatları ağrılı bir aqibətə aparacaq; çünki məzlumun zalıma qarşı ayağa qalxdığı gün, zalımın məzluma qarşı hərəkət etdiyi gündən qat-qat daha ağır olacaq." Məktubda daha sonra qeyd olunub: "Yeddi ay əvvəl təcavüzkar ABŞ ordusu, müharibə cinayəti və beynəlxalq hüququn pozulması sayılan bir hərəkətlə Minab şəhərindəki ibtidai məktəbə hücum edib 168 məktəblini öldürməklə İrana qarşı müharibəyə başladı. Eyni zamanda, İslam İnqilabının Rəhbəri İmam Seyid Əli Xameneinin ofisinə hücum təşkil edildi və nəticədə o, ailə üzvləri, o cümlədən 14 aylıq nəvəsi ilə birlikdə şəhid oldu. Bu günə qədər müharibə, əksəriyyəti mülki şəxslər, o cümlədən 400 uşaq olmaqla 3600-dən çox insanın həyatına son qoyub və səkkiz universitetin, üç xəstəxananın və səkkiz məktəbin bombalanması ilə müşayiət olunub. İslam İnqilabı Keşikçiləri Korpusu əlavə edib: "ABŞ-nin apardığı bitib-tükənməyən müharibələr tarixində həqiqət həmişə ilk qurban olub. Bu müharibələrin xərclərini amerikalı vergi ödəyiciləri çəkir; buna görə də onların özlərindən gizlədilən faktları bilməyə haqları var. Əgər bizim səmimiyyətimizə şübhə edirsinizsə, İranda istədiyiniz yerə, hətta Hörmüz boğazına qısa səfər edə və dediklərimizin doğruluğunu şəxsən yoxlaya bilərsiniz".