İran general Soleymaninin qatillərinin mühakiməsi vacibiliyini vurğulayıb
İranın Cenevrədəki nümayəndəliyinin insan haqları üzrə attaşesi Sepah-ın Qüds qüvvələrinin şəhid komandanı general Soleymaninin qatillərinin mühakiməsi vacibiliyini vurğulayıb.
SəhərAzəri xəbər verir, Seyyed Mohəmməd Sadatinejad dünən axşamçağı BMT-nin insan hüquqları vəziyyətinin araşdırılması üzrə 36-cı yığıncağının Amerikada insan haqlarının vəziyyətinin araşdırılmasına həsr olunmuş iclasında bu ölkədə insan hüquqlarının ciddi şəkildə pozulmasının uzun keçmişinə işarə ilə təklif edibdir ki, Vaşinqton bu hərəkətləri dayandıraraq, onların əvəzinin çıxılması istiqamətində səy göstərsin.
İranın Cenevrədəki nümayəndəliyinin insan haqları üzrə attaşesi iclasda iştirak edən amerikalı heyətə belə deyib: Şəhid general Qasem Soleymaninin qatillərini mühakimə edin və Amerika tərəfindən insanların hüquqlarının pozulmasına son qoyun.
Sadatinejad həmçinin Amerika hərbi qüvvələrinin Əfqanıstanda törətdikləri hərbi cinayətlərin araşdırılması üçün Beynəlxalq Cinayət Məhkəməsi ilə həmkarlığın vacibliyini vurğulayıbdır.