Noy 11, 2020 19:46 Asia/Baku
  • Bugünkü dünyanın islahı dini mənəviyyatın bərpasına ehtiyac duyur

İranın Atom Enerjisi Təşkilatının sədri deyib ki, müasir dünyanın islahı üçün yeganə seçim, dərin və geniş anlamında/ dini mənəviyyatın bərpasıdır.

SəhərAzəri xəbər verir, Əli Əkbər Salehi bu gün Tehranda keçirilən «Benəlxalq sülh, ədalət, təhlükəsizlik və sağlamlıq» adlı elmi konfransda deyib: Düşüncə və təfəkkür sahibləri arasındakı ən mühüm problemlər, elmi aparteidin sındırılması, sülh və ədalətin bərqərarı prosesinə yardım, eləcə də sosial və vətəndaş fəallarının beynəlxalq sağlamlıq və təhlükəsizliyin qorunması istiqamətindəki səylərinin hərtərəfli şəkildə himayə olunmasıdır.

Salehi bildirib ki, dünyada dərəcə, qüdrət və sərvət mənbələrinə nail olmaq üzrə rəhmsizcəsinə və hegemoncasına rəqabət cərəyan etməkdədir. O, deyib: Qüdrət sahibi olan ölkələrin qərarçıxaranları, həmçinin transmilli şirkətlər və iqtisadi mərkəzlərin baş müdirləri bu yer kürəsinin maddi və mənəvi irsləri və xəzinələrinə/ onların meylləri yolunda istifadəyə verilməli olan bir xammal kimi baxırlar.

Teqlər