Noy 23, 2020 10:45 Asia/Baku
  • İran yeni zənginləşdirmə mərhələsinə qədəm qoyur

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi açıqlayıb: Öhdəliklərin azaldılması üçün addımlar, sanksiyalar götürülməyincə və hüquqlarımız təmin olunana qədər dayanmayacaq.

SəhərAzəri xəbər verir, Qəribabadi Nətənz nüvə müəssisəsində 174 yeni santrifuqanın quraşdırıldığını açıqlayaraq, əlavə edib: 7Tehran uran zənginləşdirilməsində yeni bir mərhələyə daxıl olub.
İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi qeyd edib: Avropa üçlüyünə dedik ki, sanksiyalar davam etdiyi müddətdə nüvə anlaşmasında öhdəliklərin azaldılması üçün addım atmağı dayandırmayacağıq.
Qəribabadi  vurğulayib: Nüvə razılaşmasının həyata keçirilməsi ( və Hərtərəfli Ortaq Fəaliyyət Planının (JCAP) )yalnız İran tərəfindən həyata keçirilməsi məntiqli və praktik deyil.

Teqlər