Noy 25, 2020 11:01 Asia/Baku
  • İran Əfqanıstandakı cinayət amillərinin məsuliyyətə cəlb olunması vacibliyini vurğulayıb

İran İslam Respublikasının Əfqanıstandakı səfiri bu ölkədə törədilmiş müharibə cinayətləri amillərinin məsuliyyətə cəlb olunması vacibliyini vurğulayıb.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Əfqanıstandakı səfiri Bəhadür Əminiyan "İran Press" müxbiri ilə müsahibədə Əfqanıstan xalqının Avstraliya hərbçiləri tərəfindən öldürülməsi ilə bağlı yayılan məlumata münasibət bildirərkən, deyib: "Son illərdə Əfqanıstanda bu ölkə  xalqına qarşı hərbi cinayətlər törətmiş ölkələr cavabdeh olmalıdırlar". 

 "Əfqan xalqının şüuruna pis təsir edən bu cinayətlər cavabsız qalmamalıdır", - deyə Əminiyan vurğulayıb.

ABŞ-ın yaxın müttəfiqlərindən biri olan Avstraliya 2001-ci ildə minlərlə hərbçisini Əfqanıstana göndərdi. Bəzi sənədlərə görə, Avstraliya xüsusi təyinatlı qüvvələri, yalnız 2009-2013-cü illər arasında silahsız mülki şəxslər və uşaqlar daxil olmaqla ən az Əfqanıstanın 39 mülki vətəndaşını öldürüb. 2013-cü ilin sentyabr ayında Avstraliya hərbçiləri tərəfindən törədilən hadisələrin birində bir əfqan qadın altı uşağı ilə birlikdə yuxuda olarkən, öldürülüb.

İranın Kabildəki səfiri daha sonra İran Xarici İşlər Nazirliyinin mətbuat katibinin Əfqanıstana olan səfərinin əhəmiyyəti barədə deyib: "İki ölkə arasında siyasi və təhlükəsizlik əlaqələrlə yanaşı mədəni və sivilizasiya əlaqələri mövcuddur".

Əminiyan əlavə edib: "İran Xarici İşlər Nazirliyinin mətbuat katibinin Əfqanıstana səfəri, iki ölkə arasındakı mədəni və sivilizasiya əlaqələrin aspektlərinə təkid edir".

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu yaxınlarda İŞİD terror qruplaşmasının raket hücumuna məruz qalmış Tehranın Kabildaki  səfirliyinə baxış keçirmək və Əfqanıstan mediasının nümayəndələri ilə görüşmək üçün Kabilə səfər edib.

Teqlər