Noy 25, 2020 22:05 Asia/Baku
  • Tehran və Bakı ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar

İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsini vurğulayıblar.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif və Ceyhun Bayramov video-konfrans formasında keçirilən iclasda ikitərəfli əlaqələrin son olayları və bölgədəki savaşsonrası şəraiti nəzərdən keçiriblər.

İki ölkə səfirlərinin də iştirak etdikləri bu iclasda İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri həmçinin iki ölkənin beynəlxalq təşkilatlarda, Xəzər dənizində, yenidənqurma layihələrində və icra edilməkdə olan layihələrdəki əməkdaşlıqları, eləcə də Xudafərin su bəndi, Rəşt-Astara dəmiryolu, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin istifadəyə verilməsi, iki ölkənin birgə iqtisadi komissiyasının iclasının keçirilməsi və tərəfləri maraqlandıran sair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Zərif və Bayramov həmçinin İran İslam Respublikası ilə Azərbaycan Respublikasının müştərək sərhədlərini sülh, dostluq və əməkdaşlıq sərhədləri adlandırıb, onların təhlükəsizliyinə təkid ediblər.

İranın xarici işlər naziri video-konfrans formasında keçirilən bu iclasda habelə öz azəri həmkarını yaxın gələcəkdə Tehrana səfər etməyə dəvət edib.

Teqlər