Noy 29, 2020 11:19 Asia/Baku
  • Şəhid Fəxrizadənin cənazəsinin müşayiət və dəfn mərasiminin detalları elan olunub

Şəhid doktor Fəxrizadənin cənazəsinin müşayiət və dəfn mərasiminin detalları elan olunub.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası müdafiə nazirinin mədəni və ictimai əlaqələr üzrə müavini bildirib ki, İranın müdafiə və nüvə alimi şəhid doktor Mohsen Fəxrizadənin cənazəsinin müşayiət və dəfn mərasimi bazar ertəsi günü keçiriləcək.

İkinci dərəcəli briqada generalı Davood Əbdi bu barədə belə deyib: Yüksək dərəcəli şəhid Fəxrizadənin anım qərargahının qərarına əsasən, bu əziz şəhidin pak cənazəsi dünya şiələrinin səkkizinci imamı Həzrət Samin əl-Hucəc Əli ibn Musa əl-Riza(ə)-ın şərif və nurlu ziyarətgahında təvaf etdirmək üçün müqəddəs Məşhəd şəhərinə köçürüləcək, sonra isə Həzrət İmam Rza(ə)-ın əziz bacısı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın Qum şəhərindəki pak hərəminə göndəriləcək və təvaf ediləcəkdir.

General Əbdi sonra bildirib: Müdafiə sənayesinin bu iddiasız və mömin şəhidinin pak cənazəsi öz imamı ilə son görüş üçün İran İslam Respublikasının dahi banisi İmam Xomeyni(r.ə)-in pak hərəminə aparılacaq.

General Əbdi İslami İranın qeyrətli və qədirbilən xalqının pak və şövqlü emosiyalarını yüksək dəyərləndirərək, söyləyib: İnsan izdihamının qarşısını almaq və koronavirus pandemiyasının səhiyyə protokollarına riayət vacibliyi məqsədilə şəhid doktor Fəxrizadənin cənazəsinin müşayiət və dəfn mərasimi İran İslam Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli komandanlarının və bu şəhidin möhtərəm ailəsinin iştirakı ilə keçiriləcək.

İran İslam Respublikası müdafiə nazirinin mədəni və ictimai əlaqələr üzrə müavini sonda vurğulayıb: Şübhəsiz, ilahi qüdrətin əli və böyük İran xalqının övladlarının polad iradəsi münasib bir zamanda bu xəbiscəsinə terror hərəkətinin cinayətkarlarının cavabını verəcəkdir.

Teqlər