Dek 11, 2020 18:52 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 787 mini keçdi

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə doqquz min nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və 232 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda doqquz min 594 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan min 408 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının bir milyon doxsan iki min 617 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 232 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 51 min 728 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 787 min 853 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər