İran ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını qınayıb
İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın Türkiyənin müdafiə sənayesinə qarşı birtərəfli sanksiyalarını kəskin şəkildə qınayıb.
SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter"dəki şəxsi səhifəsində "Qonşular Prioritetdir" haştaqı altında ABŞ-ın birtərəfli hərəkətlərinə reaksiya olaraq, yazıb: "ABŞ rəhbərliyi bir daha sanksiya tətbiq etməyə və beynəlxalq hüququ pozmağa asılılığını göstərdi".
İran İslam Respublikasının xarici işlər naziri vurğulayıb: "İran olaraq, ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını şiddətlə qınayırıq. Biz hər zaman Türkiyə xalqı və hökumətinin yanındayıq. "
Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi dünən yaydığı açıqlamada, Türkiyənin müdafiə sənayesi İdarəsi, onun rəhbəri İsmayıl Dəmir və daha üç Türkiyə vətəndaşına qarşı sanksiya tətbiq edildiyini bildirib. Adları nəzərə alınan Türk rəsmilərin ABŞ-a girişi qadağan edilib və bu ölkədəki varlıqlarının dondurulmasına qərar verilib.
ABŞ Dövlət Katibi bu barədə bildirib ki, Türkiyə Rusiyanın "Rosoboronexport" adlı silah şirkəti ilə bilərəkdən əməkdaşlıq etdiyi və S-400 raketdən müdafiə sistemini aldığı üçün "Katsa" qanunu deyilən bir qanuna əsasən, sanksiyaya mərua qalıb.