Dek 21, 2020 11:18 Asia/Baku
  • İran və 4 + 1  Xarici İşlər Nazirlərinin görüşü başladı

İran Nüvə anlaşması (JCPOA) üzvlərinin xarici işlər nazirləri iştiraki ilə qeyri-rəsmi görüşü video konfrans formatinda başlayıb.

SəhərAzəri xəbər verir, Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün (bazar ertəsi) bu iclasın gündəliyi barədə deyib: Bu iclasda Nüvə anlaşmasının xüsusi məsələləri barədə deyil, daha doğrusu, son bir neçə aydakı inkişaflar araşdırılacaq.
JCPOA üzrə birgə Komissiya Koordinatoru Helga Eşmid 16 dekabr iclasında verdiyi bayanatda bildirib: "Mövcud problemləri nəzərə alaraq, iştirakçılar İran Nüvə anlaşmasının (JCPOA) qorunması və bütün tərəflər tərəfindən onun tam və effektiv həyata keçirilməsinin təmin edilməsi ilə bağlı əməkdaşlığı müzakirə etdilər. Həmçinin, iştirakçılar JCPOA üzvü olan ölkələrin Xarici İşlər Nazirliyinin qeyri-rəsmi görüşünün 21 dekabr 2020-ci il tarixində video konfrans formatında keçirilməsinə dair razılığa gəliblər".

Teqlər