Dek 22, 2020 19:53 Asia/Baku
  • Şəhid Fəxrizadənin terroru ilə bağlı ipucları aşkar olub

Şəhid Fəxrizadənin terroru ilə bağlı ipucları əldə olunub.

SəhərAzəri xəbər verir, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İranın görkəmli müdafiə və nüvə alimi şəhid Mohsen Fəxrizadənin terroru ilə bağlı ipuclarının təhlükəsizlik qüvvələri tərəfindən aşkar edilməsindən xəbər verib.

Moctəba Zulnuri İranın təhlükəsizlik və kəşfiyyat orqanlarının yüksək bacarıqlarına işarə edərək, söyləyib: "Mohsen Fəxrizadənin terror və şəhid edilməsi məsələsinin müxtəlif yönlərdən araşdırılması zamanı təhlükəsizlik qüvvələri bu sahədə yaxşı nəticələrə nail olublar".

Zulnuri deyib: "İranın təhlükəsizlik və kəşfiyyat orqanları stimul, birlik və həmkarlıqla şəhid Fəxrizadənin terror edilməsi məsələsini izləyirlər".

Terrorçular noyabrın 27-də Tehran ətrafında İran Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının sədri şəhid Mohsen Fəxrizadəni aparan avtomobilin yolunda pusqu quraraq, İranın görkəmli müdafiə və nüvə alimini şəhid etdilər.

Teqlər