Dek 24, 2020 13:05 Asia/Baku
  • Zərif Trampın İrana qarşı iddialarına münasibət bildirib

İran xarici işlər naziri ABŞ prezidentinə xitabən deyib: "Xaricdəki ABŞ vətəndaşlarını təhlükəyə atmaqla diqqətləri daxildəki fəlakətli uğursuzluqlardan yayındıra bilməyəcəksiniz".

SəhərAzəri xəbər veriri ki, Məhəmməd Cavad Zərtif öz Twitter səhifəsində ABŞ prezidenti Donald Trampa xitabən etdiyi bir paylaşımda, həmçinin Trampın ABŞ-ın keçmiş prezidenti Barak Obamanı İrana hücum etmə cəhdlərində ittiham etdiyi tvitlərin bəzisini də dərc edib.

Donald Tramp 2012-ci ildə respublikaçılara ünvanladığı bir tvitidə "Obamanın seçkiləri qazanmaq məqsədilə İran kartından bir müharibə başlatmaq üçün istifadə etməsinə icazə verməyin; respublikaçılar diqqətli olun!" sözlərini yazmışdı.

Tramp 2011-ci ildə başqa bir tvitdə yazıb: "Obama seçkiləri qazanmaq üçün İranla müharibəyə başlayacaq".

Eyni zamanda Zərif son 100 ildə xüsusi bir fəlakət səbəbindən ABŞ-ın ən ölümcül günlərini bir indeksdə paylaşıb.

Bu indekdə əsasən, cari ilin 9, 10 və 16-cı tarixləri müvafiq olaraq, son yüz ildə ABŞ-ın ən ölümcül günləridirlər, hansı ki, onlarda koronavirus üç mindən çox insanın həyatına son qoyub.

Teqlər