Dek 29, 2020 23:48 Asia/Baku
  • Nanotexnologiyalar sahəsindəki inkişaf qürur vericidir

Mədəni İnqilabın Ali Şurası iclasında Prezident nanotexnologiya sahəsində ölkəmizin böyük və ecazkar inkişafına toxunaraq bunu qürurlu bir hərəkət adlandırıb.

SəhərAzəri xəbər verir, Cənab Ruhani çərşənbə axşamı Mədəni İnqilabın Ali Şurası iclasında, ölkədə nanotexnologiyaların inkişafı barədə hesabat verdikdən sonra, ölkəmizin nanotexnologiya sahəsindəki böyük və təsirli qabiliyyətlərini və bu elmin sənaye, səhiyyə, aerokosmik və müdafiə kimi müxtəlif elmlərdə tətbiq olunduğuna toxunaraq deyib: "Bu gün İran İslam Respublikası yalnız nanotexnologiya ilə əlaqədar elm və məqalələrin istehsalı sahəsində deyil, eyni zamanda onun tətbiqi sahəsində və mühüm sənaye və məhsullara çevrilməsində də şərəfli inkişafalar qazanıb".

Mədəni İnqilabın Ali Şurasının sədri, düşmənlər tərəfindən tətbiq olunan sanksiyaların idxal məsələsində daha əhəmiyyətli olduğunu ifadə edərək, qeyd edib: "Sanksiyalar təkcə idxalda deyil, həm də ixracatda, xüsusən gənc nəslin və İranlı alimlərin səyləri və biliklərinin nəticəsi olan yeni texnologiyalarda, bezdiricidir".

Cənab Ruhani, Ali Məqamlı Rəhbər Həzrət Ayətullahul-üzma Xameneinin Rəhbərliyi ilə sanksiyalardan keçəcəyimizə və rəqəmsal iqtisadiyyat və bilik bazası sahəsində qlobal rəqabət arenasına daxil olacaqımıza ümidvar olduğumu bildirib.

Mədəni İnqilabın Ali Şurasının sədri nanotexnologiya sahəsinə investisiya qoymaq üçün özəl sektorun iştirakının vacibliyini vurğulayaraq əlavə edib: "Gənclərimizin və alimlərimizin nanotexnologiya sahəsindəki işləri çox dəyərlidir, bu sahədə inkişaf vacıbdır".

Teqlər