Zərif: "Hər hansı bir odla oynamağa ciddi qarşılıqlı cavab veriləcək"
Yan 02, 2021 19:54 Asia/Baku
İranın xarici işlər naziri ABŞ prezidentinə ciddi xəbərdarlıq edərək, vurğulayıb: "İstənilən odla oynamğa ciddi qarşılıqlı cavab veriləcək".
SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bir tvitdə yazıb: "İraqdan əldə edilən yeni məlumata əsasən, İsrail rejiminin alovu qızışdıran ünsürləri getməkdə olan Trampı saxta bəhanə ilə müharibəyə sürükləmək üçün amerikalılara hücum fitnəsi planlaşdırırlar".
Zərif ABŞ prezidentinə xitabən deyib: "Tramp, tələdən ehtiyatlı ol. Hər hansı bir odla oynamaq ciddi qarşılıqlı reaksiyaya səbəb olacaq, xüsusilə də həmin səmimi dostlarına qarşı".