Yan 04, 2021 20:00 Asia/Baku
  • Cənubi Koreyaya məxsus tanker Fars Körfəzində SEPAH-ın dəniz qüvvələri tərəfindən saxlanılıb

İran İslam İnqilabı Keşikçiləri korpusu SEPAH-ın dəniz qüvvələri Fars körfəzində Cənubi Koreyaya məxsus bir tankerin ətraf mühit qaydalarını riayət etmədiyi üçün saxlanıldığını bildirib.

SəhərAzəri xəbər verir, İran İslam İnqilabı Keşikçiləri korpusu SEPAH-ın dəniz qüvvələri bir bildiriş yayaraq, bildirib ki, Səudiyyə Əərəbistanın Cubeyl limanından Fars körfəzinə çıxan Cənubi Koreyaya məxsus bir tanker dəniz ekologiyası qanunlarını dəfələrlə pozduğu üçün İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Birinci Bölgəsinin Zülfiqar Donanması tərəfindən saxlanılıb.

Bildirişdə əlavə olunub: Cənubi Koreya bayrağı altında üzən "Hankuk Çeymi" adlı tanker 7 min 200 ton kimyəvi neft məhsulları daşıyırdı.

SEPAH-ın dəniz qüvvələri gəminin ekipaj üzvlərinin Cənubi Koreya, Vyetnam, İndoneziya və Myanma vətəndaşı olduqlarını bildirib və qeyd edib ki, Bu tanker saxlanıldıqdan sonra Bəndər-Abbas limanına yan alıb, onlara qarşı cinayət işi açılıb və qanuni prosedurlardan keçdikdən sonra İranın məhkəmə orqanlarına təhvil veriləcək.

Bildirişdə qeyd olunub ki, bu tankerin saxlanılması İranın Limanlar və Dənizçilik Təşkilatinin istəyi və Hörmüzgan vilayəti prokurorluğunun əmri ilə həyata keçirilib.

Teqlər