Ağçay meşələrindəki yanğın nəzarətə alınıb
Astara şəhərinin icra hakimiyyətinin başçısı deyib: "Dünən gecə İranla Azərbaycan Respublikası sərhədindəki Ağçay meşələrində baş verən yanğın nəzarətə alınıb".
SəhərAzəri xəbər verir, Abbas Sabir deyib: "Yanğın Azərbaycan tərəfindəki meşələrdə baş verib".
Gilan vilayətinin Böhranların İdarə olunması Təşkilatının baş direktoru da deyib: "Meşə yanğını Baharistan bölgəsinin məhdudəsində baş verib".
Əmir Muradi əlavə edib: "Azərbaycan Respublikasında yanğın başlayan andan etibarən bölgəyə sərhədçilər, yanğından mühafizə briqadaları, Təbii Sərvətlər İdarəsi və Qızıl Aypara Cəmiyyətinin əməkdaşları cəlb edilib və tam hazır vəziyyətə gətiriliblər".
O, yanğının şiddətinə toxunaraq, deyib: Xöşbəxtlikdən Astara çayının olması alovun qarşısında bir mane kimi əməl etdi və yanğının Astara meşələrinə keçməsinə icazə vermədi".
Gilan vilayətinin Böhranların İdarə olunması Təşkilatının baş direktoru vurğulayıb: "Bununla belə, yanğının Astara meşələrinə keçdiyi təqdirə onu söndürmək üçün bütün qüvvələr hazır vəziyyətə gətiriliblər".