İranın Yəməndəki səfiri vurğulayıb:
“ABŞ-ın "Ənsarullah" barədə verdiyi qərarının heç bir legitimliyi yoxdur”
İranın Yəməndəki səfiri, ABŞ-ın Ənsarullah Yəmən adının terror qrupları siyahısına salınması ilə bağlı hərəkətinə toxunaraq vurğulayıb: "ABŞ-ın "Ənsarullah" barədə verdiyi qərarının heç bir legitimliyi yoxdur".
SəhərAzəri xəbər verir, İranın Yəməndəki səfiri Həsən İrlu “Twitter” səhifəsində ABŞ qərarının heç bir qanuni əsasının olmadığını vurğulayıb: "ABŞ-ın "Ənsarullah" barədə verdiyi qərarının heç bir legitimliyi yoxdur. Bu Yəmənə qarşı aparılan müharibənin ABŞ və İsrail rejimi tərəfindən aparıldığını göstərir, çünki qərar Ənsarullahın ardıcıl qələbələrdən və təcavüzkar ərəb koalisiyasının məğlubiyyətindən sonra verildi".
Onun sözlərinə görə, ABŞ qərarı Yəmənə qarşı təcavüzü və mühasirəsini dahada artırır və BMT-nin nəzarəti altında sülh prosesini çətinləşdirir.
Xatırladaq ki, 2015-ci ildə ABŞ və Britaniyanın dəstəklədiyi Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinin işğalçı koalisiyası, ərəb dünyasının ən kasıb ölkəsi Yəmənə qarşı geniş miqyaslı təcavüzə başladı. Hərbi təcavüz minlərlə Yəmənlinin ölümü və yaralanması, milyonlarla vətəndaşın qaçqın düşməsinə, infrastrukturun məhvinə, ölkədə aclıq və yoluxucu xəstəliklərin yayılmasına yol açdı.