Yan 22, 2021 12:59 Asia/Baku
  • Qalibaf Bağdad terror partlayışlarını pisləyib

İran parlamentinin sədri bir mesajda İraqdakı terror hərəkətlərini və bir qrup İraq vətəndaşının öldürülməsi və yaralanmasını pisləyib.

SəhərAzəri xəbər verir, Mohəmməd Baqer Qalibaf dünən gecə İraq parlamentinin sədri Muhəmməd Əlhəlbusiyə mesajında Bağdad terror partlayışlarında bir qrup İraq vətəndaşının həyatını itirməsi münasibətilə başsağlığı verib və bu hərəkəti kəskin tərzdə pisləyibdir.

Qalibaf bildirib ki, İran İslam Respublikası keçmişdə olduğu kimi terrorizmlə mübarizədə İraqla həmkarlığı və bu ölkəyə qətiyyətli dəstəyini davam etdirəcək.

O, deyib: İran İslam Şurası Məclisi nəhs terrorizm fenomeni ilə mübarizəyə qanuni zəminlər yaratmaq üçün lazım olan həmkarlıq və məşvərətə hazırdır.

İraqın paytaxtı Bağdadın mərkəzində yerləşən Əltiran meydanı dünən iki intihar partlayışının şahidi olubdur. İraq səhiyyə nazirliyinin bildirdiyinə görə, həmin hadisələrdə indiyədək 35 nəfər ölüb, 110 nəfər də yaralanıbdır.

Teqlər