İranın xarici işlər naziri Gürcüstana daxil olub
https://azeri.sahartv.ir/news/İran-i372594-İranın_xarici_işlər_naziri_gürcüstana_daxil_olub
İranın xarici işlər naziri regional səfərlərinin davamında Tbilisi Beynəlxalq Hava Limanına daxil olub və Gürcüstan rəsmiləri tərəfindən qarşılanıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 28, 2021 08:25 Asia/Baku
  • İranın xarici işlər naziri Gürcüstana daxil olub

İranın xarici işlər naziri regional səfərlərinin davamında Tbilisi Beynəlxalq Hava Limanına daxil olub və Gürcüstan rəsmiləri tərəfindən qarşılanıb.

SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tbilisi Hava Limanında deyib: "Regionun yüksək səviyyəli rəsmiləri ilə regional və çoxtərəfli əməkdaşlıqların dərinləşdirilməsi barədə danışıqlar apardıq".

O, əlavə edib: "Bölgə çətin şəraiti arxada qoyub və yeni şəraitdə sülhün möhkəmləndirilməsi ilə yanaşı iqtisadi və tranzit əməkdaşlıqlarını artırmağa çalışacağıq".

Zərif, İran İslam Respublikası ilə Gürcüstan arasında yaxşı münasibətlərə toxunaraq, deyib: "Gürcüstanla qədim əlaqələrimiz var bu ölkə ilə əməkdaşlıq sahələrini genişləndirməyə çalışırıq".

İranın xarici işlər naziri region ölkələri arasındakı tranzit dəhlizinə işarə edib və deyib:  "Cənub-Qərb dəhlizi Gürcüstana bitişir və nəhayət Qara dənizə və sahilyanı dövlətlərə qoşulur; Ümid edirik ki, regional əməkdaşlıqlar üçün bu potensialdan istifadə olunacaq".