İran və Gürcüstan Qara Dənizlə Fars Körfəzini əlaqələndirən tranzit dəhlizinə dair müzakirələr aparıb
Yan 29, 2021 11:40 Asia/Baku
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın dövlət rəsmiləri ilə Qara dənizlə İranın Fars Körfəzini əlaqələndirən tranzit dəhlizinə dair müzakirələr aparıb.
SəhərAzəri xəbər verir, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün “Twitter”hesabındakı paylaşımında bildirib.
“Çoxillik ikitərəfli bağların və regional əməkdaşlığın genişləndirilməsinə dair, xüsusilə də Qara dənizi İranın Fars Körfəzi ilə əlaqələndirən tranzit dəhlizinə dair əla müzakirələr aparıldı”, - deyə iranlı nazir qeyd edib.