İranın iki sənədli filmi Oskar ala bilər
İranın "Çevriliş 53" və "Təhlükə altında yaşamaq hünəri" adlı iki sənədli filmi ən yaxşı sənədli film nominasiyası üzrə 93-cü Oskar mükafatına layiq görülən filimlər siyahısında yer alıb.
SəhərAzəri xəbər verir ki, Oskar akademiyasının rəsmi vebsaytının məlumatına görə, İran kinosindan "Təqi Əmirani"nin çəkdiyi "Çevriliş 53" və Mina Keşavərzin çəkdiyi "Təhlükə altında yaşamaq hünəri" sənədli filimləri ən yaxşı sənədli film nominasiyası üzrə Oskar mükafatı uğrunda yarışmaq üçün layiq görülüblər.
119 dəqiqəlik "Çevriliş 53" sənədli filmi Dr Müsəddiqin milli hökumətinin devrilməsi ilə nəticələnən 19 avqust 1953-cü ildəki çevrilişin qaranlıq məqamlarını şərh etməyə çalışır; İngiltərə və ABŞ-ın ortaq və təsirli rolunu vurğulayan pərdə arxasındakı əlləri.
"Təhlükə altında yaşamaq hünəri" də İran və Almaniyanın birgə məhsuludur ki, məişət zorakılığından bəhs edir. Bu film bir müddət əvvəl Busan Beynəlxalq Film Festivalının ən yaxşı sənədli film mükafatını qazanıb.
93-cü Oskar mükafatı uğrunda yarışacaq namizədlərin yekun siyahısı martın 15-də açıqlanacaq.