Ruhani: "Nüvə anlaşmasına heç bir şəxs əlavə olunmayacaq"
İran İslam Respublikası prezidenti Beynəlxalq ictimaiyyətə xəbərdarlıq edərək, bildirib ki, nüvə anlaşmasının heç bir maddəsi dəyişdirilməyəcək və heç bir şəxs ona əlavə olunmayacaq.
SəhərAzəri xəbər verir ki, Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında etdiyi çıxışında əlavə edib: "Bu anlaşma asanlıqla əldə edilən bir şey deyil, hiss ediri ki, dünya ictimaiyyəti və siyasətçiləri nüvə anlaşmasının sülh və təhlükəsizlik üçün faydalı ola biləcəyinə inanır".
"Amerikalılar bu günə qədər 2231 saylı qətnaməni pozduqlarını bilməli və daima nüvə anlaşması məsələsından bəhs etməməlidirlər", - deyə Ruhani qeyd edib.
İran İslam Respublikası prezidenti amerikalılara xitabən deyib: "Bu qətnamə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərardır və siz hər an gecikdikcə, daha ağır cinayət törədirsiz və bu qanunu pozursuz, Bu qanun və qətnaməyə qayıdın və beynəlxalq qaydalara əməl edin, əlbəttə qayıtsanız, biz də öz öhdəliklərimizə tam əməl edəcəyik".
O, əlavə edib: "Biz bu qətnaməni pozmamışıq ki, indi ona düzəliş edək və ya biz bu anlaşmadan çıxmamışıq ki, indi ona qayıdaq. Yeddi nəfər bu anlaşmada iştirak edirdi, biri ağlını itirdi və bu anlaşmadan çıxdı".
İran prezidenti vurğulayıb ki, ABŞ 2231 saylı qətnaməyə, beynəlxalq qaydalara və BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qanuna qayıtmalıdır.