Fev 16, 2021 15:37 Asia/Baku
  • İranın məktubu AEBA-nın baş direktoruna təqdim olunub

Nüvə anlaşması altında İranın könüllü hərəkətlərinin icrasının dayadırılması haqda məktub bu gün MAQATE-nin baş direktoruna təqdim edilib və bu orqandan istənilibdir ki, əlavə protokolun icrasına şamil olan müxtəlif könüllü addımların dayandırılması məqsədilə İranın istəklərinin icrası üçün lazımi tədbirlər görsün.

SəhərAzəri xəbər verir ki, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri və daimi nümayəndəsi Kazem Qəribabadi Vyanada deyib ki, İranın könüllü addımlarının icrasının dayandırılması barədəki məktub MAQATE-nin baş direktoruna təhvil verilib.

m.k- İran İslam Respublikası 2021-ci il fevralın 23-dən əlavə protokol da daxil olmaqla Tehranın nüvə anlaşması altındakı bütün könüllü addımlarını dayandıracaq və agentliyin baş direktorundan istədik ki, tez bir zamanda İranın bu istəyinin yerinə yetirilməsi üçün lazım olan tədbirləri görsün.

Qəribabadi sonra deyib: Bundan sonra İran və agentliyin həmkarlıqları sırf olaraq, anlaşmadakı öhdəliklər əsasında davam edəcək. Bu hərəkət sanksiyaların real və hissolunacaq tərzdə ləğv edilməsilə İranın həmin addımları bir daha atmağa geri dönməsinə zəminin yaranacağı zamanadək davam edəcək.

m.k- Əgər sanksiyalar xüsusən iki enerji sahəsində, yəni İran neftinin ixracatı, həmçinin maliyyə kanalları və kommunikasiya sahələrində real surətdə aradan qaldırılmazsa, təbii ki, fevralın 23-dən İranın könüllü addımları dayandırılacaqdır.

Bu addım qanunsuz sanksiyaların aradan qaldırılması istiqamətində qarşı tərəflərin öz öhdəliklərinə sadiq qalmamalarına görə, həmçinin nüvə anlaşmasının 26 və 36-cı maddələri altında İran İslam Respublikasının nəzərdə tutulan hüquqları istiqamətində və İran xalqının mənafeyini qorumaq və sanksiyaların ləğvi üzrə İslami Şura Məclisinin qəbul etdiyi qanunun icrası istiqamətində atılır.

İran nümayəndəsi həmçinin məxfilik prinsipi barədə agentliyə məktubun göndərilməsindən xəbər verib və belə deyib: Bu məktubda vurğulanıbdır kİ, agentlik məxfi informasiyaların qorunmasında məsuliyyət daşıyır və mövcud durumdakı nigarançılıqların aradan qaldırıılması üçün lazım olan proseslər, layihə və siyasətlərə yenidən baxmalıdır.

İran vurğulayıbdır ki, anlaşma üzrə gizli məlumatların sızdırıılması sənaye, texnologiya və ticarət xəsarətlərinə səbəb olur və İran üçün təhlükəsizlik təhdidləri ilə müşayiət olunacaq.

Teqlər