Fev 16, 2021 19:27 Asia/Baku
  • Sabah Fevralın17-i 29 Bəhmən qiyamının ildönümü günüdür

1978-ci ilin yanvarında İranın Qum şəhərində yerləşən Qum Dini Elmlər Hövzəsində etiraz nümayişinin dağıdılması zamanı polis silah işlətmişdir.

SəhərAzəri xəbər verir ki,  Qum hadisələrinin 40-cı günü -1978-ci il fevralın 18-də din xadimləri Təbriz əhalisini üsyana qaldırdılar və bu,  "29 Bəhmən Qiyamı" adı ilə tarixə düşdü. Səhər tezdən şəhərin mərkəzinə tərəf hərəkət edən minlərlə təbrizli nümayişi dağıtmağa çalışan polisi qaçmağa məcbur etdi.

Hökumət tələsik hərbi qüvvələri nümayişçilərə qarşı göndərdi. Ordu hissələrinin Təbrizə yeridilməsi əhalinin qəzəbinə səbəb oldu. Nümayiş böyüyüb üsyana çevrildi;

ziyalılar, tələbələr, ruhanilər, sənətkarlar, xırda tacirlər və sahibkarlar, fəhlələr və məktəb şagirdləri üsyanda iştirak etdilər. Ağac, daş, yandırıcı maddə doldurulmuş butulkalarla silahlanmış üsyançılar silahlı polisə və qoşunlara qarşı çıxış etdilər, sonra isə dövlət müəssisələrini, bankları, mehmanxanaları, kinoteatrları dağıtmağa başladılar. Fevralın 19-da şah rejiminin İranın digər bölgələrindən Təbrizə əlavə qoşunlar göndərdi və üsyan amansızcasına yatırıldı:

2 minədək adam öldürüldü və yaralandı.

Teqlər