Sanksiyaların götürülməsilə İranın əl işləri dünyanın bütün nöqtələrinə satılacaq
Sanksiyaların götürülməsilə İranın əl işləri sənayesi məhsulları dünyanın bütün nöqtələrinə satılacaq.
SəhərAzəri xəbər verir, İran prezident administrasiyasının rəhbəri deyib: Sanksiyaların aradan qaldırılması və İran İslam Respublikasının dünya ilə əlaqələrində açılışla İranın əl işləri sənayesi məhsulları asanlıqla dünyanın bütün nöqtələrinə ixrac ediləcək.
Mahmud Vaezi Tehranda keçirilən beşinci Fəcr ənənəvi sənətləri və əl işləri sənayesi sərgisinin kənarında müxbirlər qarşısında iranlı sənətkarların əl işləri sənətinin bütün dünyada tətbiq ediləcəyini vurğulayaraq, söyləyib: Dünya və Avropa ölkələrində müxtəlif sərgilər təşkil etməklə bu sərgilərin cazibədarlıqlarından iranlı sənətini təbilğ etmək və göstərmək, həmçinin bu sənət əsərlərinin ixracatı üçün istifadə etmək lazımdır.
İran prezident administrasiyasının rəhbəri koronavirus pandemiyasına görə, əl işləri sənayesi məhsullarının təbliği və satışı üçün virtual mühitin imkanlarını xatırladaraq, əlavə edib: Sanksiyaların aradan qaldırılması və İran İslam Respublikasının dünya ilə əlaqələrində açılışla İranın əl işləri sənayesi məhsulları asanlıqla dünyanın bütün nöqtələrinə ixrac ediləcək.