İranın İraqdakı sabitliyə olan bağlılığına həssas bir vurğu
https://azeri.sahartv.ir/news/İran-i373839-İranın_İraqdakı_sabitliyə_olan_bağlılığına_həssas_bir_vurğu
İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif şənbə günü İraqlı həmkarı Fuad Hüseyn ilə görüşərək İranın İraqdakı sabitliyə sadiq olduğunu təsdiqlədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2021 06:53 Asia/Baku
  • İranın İraqdakı sabitliyə olan bağlılığına həssas bir vurğu

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif şənbə günü İraqlı həmkarı Fuad Hüseyn ilə görüşərək İranın İraqdakı sabitliyə sadiq olduğunu təsdiqlədi.

SəhərAzəri xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmmədcavad Zərif bir Twitter mesajında ​​yazıb: "Bu görüşdə, İran ilə İraq arasında siyasi, iqtisadi əməkdaşlıq və sərhəd mübadilələrinin müxtəlif aspektləri müzakirə edildi."

İran XİN-nin rəhbəri  ABŞ-ın İraq və Suriyanın sərhəd bölgələrində İraq qüvvələrinə hücumdaki təhlükəli hərəkətini qınadı və qanunsuz hücumları ölkənin suverenliyinin pozulması adlandırdı.

İraq xarici işlər naziri də Bağdadın Tehranla əlaqələri genişləndirməyə hazır olduğunu açıqladı.

İraq xarici işlər naziri Fuad Hüseyn şənbə günü bir günlük səfər çərçivəsində Tehrana gəldi.

Bu, İraq Xarici İşlər Naziri Fuad Hüseynin son bir ayda İrana ikinci səfəridir