Mart 09, 2021 13:30 Asia/Baku
  • “Məsaf” silahı İİR Silahlı Qüvvələrinin hazırkı silahlarını əvəz edəcək

İranın müdafiə naziri tamamilə yerli silah olan “Məsaf” silahının İran İslam Respublikası Silahlı Qüvvələrinin hazırkı silahlarını əvəz edəcəyini bildirib.

SəhərAzəri xəbər verir, general-mayor Əmir Hatəmi gənc jurnalistlər klubu ilə müsahibədə deyib: Yerli "Məsaf" silahı zaman keçdikcə ölkənin silahlı qüvvələrində mövcud olan fərdi silahları əvəz etmək qabiliyyətinə malikdir.

General-mayor Əmir Hatəmi sonra deyib: Bundan öncə ordu və Sepah da daxil olmaqla hərbi qüvvələrin hər birində bir tipdən olan silahdan istifadə edərdik, amma ordunun quru qoşunlarının ehtiyacının elan olunmasından sonra tamamilə yerli silah olan “Məsaf” silahı konstruksiya edilərək, düzəldildi.

General-mayor Hatəminin sözlərinə görə, İran silahı olan «Məsaf», dünyanın modern silahları ilə rəqabət qabiliyyətinə malikdir.

İranın Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən silahlı qüvvələrin 13-cü gənc əsgər festivalı ilə bir zamanda, bazar günü general Hatəmi tamamilə yerli silah olan modern “Məsaf” hücum silahını və bir neçə idman silahını təqdim etdi.

“Məsaf” silahı hava ilə soyudulan yüngül bir silahdır.

Bu silahda işlədilən teleskop qundaq altı vəziyyətdə tənzimedilmə qabiliyyətinə malikdir.

Bu silah ən qısa müddətdə və xüsusi vasitələrə ehtiyac olmadan, snayper və ya karabin tiplərinə çevrilə biləcək formada konfiqurasiya edilib.

Bu silahın bütün dizayn, düzəldilmə və istehsal mərhələləri İranın Müdafiə Sənayesi Təşkilatındakı yerli mütəxəssislər tərəfindən həyata keçirilib və silah İran İslam Respublikası Ordusunun quru qoşunlarına təhvil veriləcək.

Teqlər