Mart 10, 2021 18:24 Asia/Baku
  • Martın 11-i Rəcəb ayının 27-i Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçilməsi gündür

Allah-taala öz sonsuz rəhmətilə Həzrət Rəsuli-Əkrəmi (s) peyğəmbərliyə məbus etməklə bəndələrinin təkamülünü istəmişdir Hicrətdən 13 il öncə, rəcəb ayının 27-də, mübarək bir gündə Allah bəşərəiyyətə mərhəmət olan Həzrət Məhəmməd ibn Abdullahı (s) peyğəmbərlik məqamına ucaltdı.

SəhərAzəri xəbər verir ki Həmin gün İslam tarixinə Məbəs günü kimi düşdü. Həmin gün bəşəriyyətin həyatında müstəsna dönüş baş vermişdir. Tarix qiyamətöncəsi son mərhələsinə – besət dövrünə qədəm qoymuşdur. Allah-taala öz sonsuz rəhmətilə Həzrət Rəsuli-Əkrəmi (s) peyğəmbərliyə məbus etməklə bəndələrinin təkamülünü istəmişdir.

«Allah-taala məni üstün əxlaqları tamamlamaq üçün göndərmişdir» - əziz Peyğəmbərimiz (s) öz mübarək missiyasını bizlərə belə çatdırır.

Böyük İslam Peyğəmbəri (s) insanları xülyalar ardınca yox, kamillik hədəfinə doğru hərəkətə dəvət etmişdir. Həzrət (s) buyurur: «Ey Allahın bəndələri! Sizlər xəstə, bütün aləmlərin Rəbbi isə həkim kimidir. Xəstənin faydası öz istəklərinə yox, həkimin tədbirlərinə əməl etməkdədir. Büna görə nicat tapmaq üçün Allahın əmrinə təslim olun».

 Mübarək Məbəs bayramı münasibətilə hamınızı ürəkdən təbrik edir, təkamül yolunda hər birinizə ilahi tövfiq diləyirik!

Teqlər