Mart 13, 2021 09:38 Asia/Baku
  • Aralıq dənizində İranın ticarət gəmisinə terror hücumu edilib

İranın gəmiçilik şirkətinin sözçüsü deyib: Aralıq dənizinin beynəlxalq sularında «İran Şəhrekord» konteyner gəmisinə partlayıcı bir əşyanın dəyməsi nəticəsində gəminin korpusunun bir hissəsinə ziyan dəyib.

SəhərAzəri xəbər verir ki, Əli Qiyasiyan deyib: Gəminin korpusuna partlayıcı bir əşyanın dəyməsindən sonra partlayış məkanında kiçik bir yanğın baş veribdir ki, gəminin kapitanı və ekipaj üzvlərinin vaxtlı səyləri ilə alov dərhal söndürülüb və ekipaj üzvlərindən heç birinə zərər dəyməyibdir.

İranın gəmiçilik şirkətinin sözçüsü bildirib ki, «İran Şəhrekord» gəmisi dəymiş ziyanın miqdarının araşdırılmasından və vurulmuş xəsarətlərin bərpa edilməsindən sonra öz yoluna davam edəcək. O, sonra söyləyib: Dəniz quldurluğunun bir nümunəsi olan bu kimi terror hərəkətləri ticarət gəmiçiliyinin təhlükəsizliyi barədəki beynəlxalq qanunlara ziddir və onun amillərinin aşkar edilməsi üzrə hüquqi təqiblər, əlaqədar beynəlxalq orqanlar vasitəsilə həyata keçiriləcək.

Teqlər