ABŞ, Fransa və Ərəbistan Livanda təfriqə siyasəti yeridirlər
https://azeri.sahartv.ir/news/İran-i374909-abŞ_fransa_və_Ərəbistan_livanda_təfriqə_siyasəti_yeridirlər
İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi vurğulayıb ki, ABŞ, Fransa və Ərəbistan Livan hökumətini və müqaviməti zəiflətmək və təfriqə siyasəti yeridirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 26, 2021 09:52 Asia/Baku
  • ABŞ, Fransa və Ərəbistan Livanda təfriqə siyasəti yeridirlər

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi vurğulayıb ki, ABŞ, Fransa və Ərəbistan Livan hökumətini və müqaviməti zəiflətmək və təfriqə siyasəti yeridirlər.

SəhərAzəri xəbər verir ki, Hoseyn Əmirəbdollahiyan öz şəxsi tvitter səhifəsində yazıb: Amerika, Fransa və Ərəbistan Livan hökumətini və müqaviməti zəiflətmək və təfriqə siyasəti yürüdürlər ki, bu da saxta sionist rejimlə münasibətlərin adiləşdirilməsi sikkəsinin ikinci üzü olaraq, Livanın zəiflədilməsi deməkdir.

Əmirəbdollahiyan sonra yazıb: Şübhəsiz, Müqavimət-Livan ordusu-Livan hökuməti üçbucağı əsas qalibdir.

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi həmçinin yazıb: İran Livanın təhlükəsizliyi, sabitliyi və fəal iqtisadiyyatını qəti şəkildə himayə edir.