Zərif İran və Çin əməkdaşlıq sənədinin hədəflərini açıqladı
İran İslam Respublikasının Xarici işlər Naziri Məhəmməd Cevad Zərif, İran ilə Çin arasında imzalanan strateji sənədin detallarını şərh edərək, konstitusiya ya uyğun olaraq və heç bir öhdəçilik meydana gətirmədiyi üçün bu sənədin İslami Şura məclisinin təsdiqinə ehtiyac olmadığını qeyd etdi.
SəhərAzəri xəbər verir ki, Xarici işlər Naziri Məhəmməd Cevad Zərif, virtual mühitdə İran-Çin 25 illik strateji əməkdaşlıq sənədinin detallarını açıqladı.
Zərif, hökumətin təsdiqi ilə keçən şənbə günü İran-Çin strateji sənədinin son versiyasını imzaladığını xatırladaraq, birlik və dünya ilə balanslı və geniş əhatəli əlaqələrin inkişaf etdirilməsi ilə ölkənin davam etdirilə bilən inkişafı və milli mənfəətləri və şərəfli və qəhrəman İran millətinin rifahının zəmanət altına alınacağından əmin olduğunu söylədi.
Zərifin nəşr etdiyi materialda İran-Çin strateji sənədinin hədəfləri belə sıralandı:
-İki ölkə prezidentlərinin Fevral 2015 tarixli məlumatı daxilində strateji səviyyəsindəki ortaq əlaqələri praktik olaraq inkişaf etdirmək.
-Əhatəli strateji ortaqlığı həyata keçirmək üçün müxtəlif sahələrdə yol xəritəsi və uzun vədəli əlaqələri təyin etmək.
-Asiyanın ən köhnə sivilizasiyasına sahib iki ölkə arasında ticarət, siyasət, iqtisadiyyat, mədəniyyət, müdafiə etmə və təhlükəsizlik sahələrində əhatəli əməkdaşlığın inkişaf etdirilməsi üçün uyğun bir platforma təmin etmək.