Şorəbil İranın yeganə şəhər daxili təbii gölüdür+Video
Apr 07, 2021 15:58 Asia/Baku
Şorəbil gölü Ərdəbil şəhərinin təbii və turistik cazibələrindən biri hesab olunur.
SəhərAzəri xəbər verir ki, Şorəbil İranda yeganə təbii göldür ki, şəhər daxilində yerləşir. Qədim zamanlarda bu gölün suyu şor olub, lakin sonralar ora şirin suyun axıdılması ilə onun şorluğu azalıb və sahəsi 180 hektara çatıbdır.
Son illərdə gölün ətrafında bir sağlamlıq rinqi yaradılıb ki, Ərdəbil əhalisi, xüsusilə də gənclər yürüş və idman üçün bu sağlamlıq marşurutunu seçirlər.
İranın şimal qərbində yerləşən Ərdəbil vilayəti çoxlu sayda turistik cazibələri ilə il ərzində turistlər və səyahətçilərin üz tutduğu əsas yerlərdən biri olmuşdu, lakin koronavirusun yayılması ilə bu şəhərə səyahətə məhdudiyyətlər tətbiq edilib.