Trampın bütün sanksiyaları götürülməlidir
Apr 10, 2021 15:57 Asia/Baku
İranın xarici işlər naziri Amerikanın İrana qarşı bütün sanksiyalarının götürülməsini vurğulayıb.
SəhərAzəri xəbər verir ki, Məhəmməd Cavad Zərif dünən bir tvittdə yazıb: Trampın bütün sanksiyaları nüvə anlaşmasına qarşı yönəlib və aradan qaldırılmalıdır.
Zərif sonra vurğulayıb: İran nüvə anlaşmasına tam sədaqət üçün məntiqli yol təqdim edir: Bu böhranı yaratmış Birləşmiş Ştatlar əvvəl tam öhdəliyə geri dönməlidir. İran da Amerikanın atdığı addımın düzgünlüyünü sürətlə yoxladıqdan sonra cavab addımı atacaq.
İranın xarici işlər naziri vurğulayıb: Trampın nüvə anlaşmasına qarşı olan bütün sanksiyaları məntiqsiz və özbaşına adların qoyulmasına və fərqləndirmələrə məhəl qoyulmadan aradan qaldırılmalıdır.