Ruhani mübarək Ramazan ayı münasibətilə İslam ölkələri başçılarını təbrik edib
https://azeri.sahartv.ir/news/İran-i375743-ruhani_mübarək_ramazan_ayı_münasibətilə_İslam_ölkələri_başçılarını_təbrik_edib
İran İslam Respublikası prezidenti İslam ölkələri başçılarına ayrı-ayrılıqda müraciət ünvanlayaraq, onları mübarək Ramazan ayının gəlib çatması münasibətilə təbrik edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 14, 2021 09:44 Asia/Baku
  •   Ruhani mübarək Ramazan ayı münasibətilə İslam ölkələri başçılarını təbrik edib

İran İslam Respublikası prezidenti İslam ölkələri başçılarına ayrı-ayrılıqda müraciət ünvanlayaraq, onları mübarək Ramazan ayının gəlib çatması münasibətilə təbrik edib.

SəhərAzəri xəbər verir kia, Həsən Ruhaninin İslam ölkələri başçılarına ünvanladığı müraciətdə deyilir: "Ümid edirəm ki, bu nurani ayda İlahinin hədsiz bərəkəti və mərhəməti sayəsində dünya müsəlmanları öz sadiq alimlərinin bilik və inamına güvənərək, bir-birlərinin kənarında təhlükəli koronavirusun nəzarətə alınmasına töhfə verəcəklər və bu sahədə İslama və özlərinə yaxşı ad qazanıb, insanın normal həyata qayıtmasına yardımçı olacaqlar".

Ruhani əlavə edib: "Ümid edirəm ki, dünya müsəlmanları xüsusilə də İslam ölkələri başçıları bu nurani ayda daha çox birlik və həmrəyliklə bütün dünyada İslamın ucalığı və inkişafı üçün zəmin yaradacaqlar".