Vaizi: Zənginləşdirməyi 60%-a yüksəltmək, qarşı tərəfin cəhdlərinə təbii bir cavabdır
İran İslam Respublikas prezident administrasinin rəhbəri Mahmud Vaizi, 60% zənginləşdirilmiş uran istehsalı mövzusunda, İranın sülhməramlı nüvə fəaliyyətlərinin davam etdirməsinin təbii məsələ olduğunu qeyd etdi.
SəhərAzəri xəbər verir ki,Nazirlər kabineti iclasından sonra jurnalistlərə müsahibə verən Vaizi, İranın uran zənginləşdirmə nisbətini 60%-a yüksəltməsinə işarə ilə, AEBA-ə göndərilən məktubda 60% zənginləşdirmə fəaliyyətinin məqsədinin bildirildiyini qeyd etdi.
Vaizi, ABŞ-ın yeni rəhbərliyinin İrana qarşı maksimum təzyiq siyasətinin uğursuz qaldığını söyləməsinə işarə ilə, ancaq indiyə qədər ABŞ-ın yeni rəhbərliyi sanksiyaları qorumaqla Tramp rəhbərliyinin yolunda hərəkət etdiyini ifadə etdi.
Nətənz Nüvə Təsisindəki təxribata diqqət çəkən Vaizi, əlamətlərin bu təxribatın arxasında sionist rejim İsrailin olduğunu göstərdiyini, İranın 60% zənginləşdirmə fəaliyyətinə başlamasının qarşı tərəfin cəhdlərinə verilmiş təbii bir cavab olduğunu söylədi.