Apr 16, 2021 23:00 Asia/Baku
  • Zərif:

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif İran İslam Respublikasının siyasətinin Əfqanıstanda əhatəli sülhün dəstəklənilməsi istiqamətində olduğunu elan etdi.

 SəhərAzəri İSNA-ya istinadl xəbər verir ki, "Məhəmməd Cavad Zərif", "Raisinia 2021" yığıncağında bele deyib: "Taliban ilə İranın milli mənfəətinə uyğun düşəcək şəkildə və onları Əfqanıstanda əhatəli bir barışa ehtiyac olduğuna razı salmaq üçün müzakirələr etdik."

Zərif, "Taliban Əfqanıstanda sülhün bir parçası olmalıdır. Yəni bu sülhə nəzarət etməməlidir" dedi.

İran xarici işlər naziri əlavə etdi: " İran,  Talibana, Taliban və Əfqanıstandakı digər qrupların, xüsusilə Əfqanıstan hökumətinin, konstitusiya çərçivəsində barışa doğru irəliləmək üçün ciddi müzakirələrə girməsi üçün hər cür toplantını hazırlamağa hazır olduğunu vurğuladı."

Zərif, "Əfqanıstandakı fərqli qrupların nə istədikləri mövzusunda həmfikir olmaları və sonrasında bunu necə meydana gətirəcəklərinin detalları üzərində işləmələri lazımdır." dedi.

İran Xarici işlər Naziri, bölgə ölkələrinin Əfqanıstana kömək etməsinin zəruri olduğunu və bu ölkədə sülh yaranmasına yardımçı olmaq üçün bölgədə birlik yaradılmasının vacib olduğunu ifadə etdi.

 

Teqlər