ABŞ sanksiyalarına baxmayaraq, İran-Türkiyə əməkdaşlığı davam edir
İranın Türkiyədəki səfiri, ABŞ-ın sanksiyalarına baxmayaraq iki ölkə arasındakı əməkdaşlıqların davam etdiyini vurğulayıb.
SəhərAzəri İranın Türkiyədəki səfiri Məhəmməd Fərazmənd sanksiyaların türk şirkətlərinin İrandan və ya İran şirkətlərinin Türkiyədən geri çəkilməsinə səbəb olmadığını bəyan edərək, deyib: "Tehran-Ankara münasibətləri müxtəlif siyasi, iqtisadi, mədəni, hərbi və təhlükəsizlik sahələri üzrə stabil bir vəziyyətə sahibdir".
İran-Türkiyə birgə komissiyalarının iclaslarının formalaşdıqları gündən bəri nizamlı şəkildə və qrafikə uyğun olaraq, təşkil olunduğunu bəyan edərək, əlavə edib: "İki ölkənin müştərək komissiyalarının iclasları çox müsbət nəticələr verib".
Fərazməndin dediyinə görə, Türkiyə İranın tranzit yolu və Avropaya açılan qapısıdır və İran da Türkiyənin Şərqi və orta Asiya ölkələrinə yolu üzərində yerləşib".
Fərazmənd iki ölkə və xalqları arasında yüksək potensialın olduğunu vurğulayıb.
İranın Türkiyədəki səfiri həmçinin, yaxşı yatırımların edildiyini və sanksiyaların türk şirkətlərinin İrandan və ya İran şirkətlərinin Türkiyədən geri çəkilməsinə səbəb olmadığını söyləyib.