İranda növbəti seçki imtahanı
İranda prezident seçkilərinə namizədlərin qeydiyyatı başlayır
Seçkilər iyun ayının 18-nə təyin edilib.
SəhərAzəri-nin məlumatına əsasən, 2021-ci il iyunun 18-də İran İslam Respublikasında keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək istəyənlərin qeydiyyatı sabah mayın 11-də başlayır və 5 gün davam edəcək.
Qeyd olunub ki, əhalisi 2 milyondan çox olan şəhərlərin merləri və vilayət rəhbərləri, universitetlərinin rektorları, silahlı qüvvələrin ali rütbəli şəxsləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Milli Təhlükəsizlik Şurasının üzvləri və digər nüfuzlu şəxslər namizəd kimi seçkilərdə iştirak edə bilərlər. “Prezident seçkiləri” haqqında qanuna edilən dəyişikliyə əsasən, namizədliyini irəli sürənlərin yaşları 40-dan aşağı, 75-dən yuxarı olmamalıdır.
Qeydiyyatdan keçən namizədlərin adları mayın 26-da ictimaiyyətə açıqlanacaq. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcəkdir.