İsmayıl Həniyyə: "İran Qüdsi-Şərifin amalını dəstəkləməkdə öncül ölkələrdəndir"
Həmas hərəkatının siyasi bürosunun sədri İran İslam Respublikasının Fələstinə dəstək münasibətini yüksək qiymətləndirib və İranın Fələstin və Qüdsi-Şərifin amalını dəstəkləməkdə öncül ölkələrdən biri olduğunu vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə ilə telefon danışığında, onu Fələstin xalqının qeyrətli oğullarının və Fələstinin həlledici və dəyərli cihadında mühüm və təsirli qüvvələrindən biri kimi Həması-ın qazandıqları uğurlar və nailiyyətlər münasibətilə təbrik edib, həmçinin qadın və uşaqlar da daxil olmaqla bir qrup məzlum fələstinlinin şəhid olması ilə əlaqədar başsağlığı verib və deyib: "Fələstinin şərəfli xalqı, 25 ildən çoxdur ki, qəsbkar sionist rejimin cinayətləri qarşısında müqavimət göstərir, bu cinayətkarlarla döyüşür və şəhid verir və İslami oyanışın bayraqdarı olduqlarını sübut edib".
O, vurğulayib: "İnşallah, tezliklə qələbə əldə ediləcək və siz hazırkı dövrdə cihadın bariz nümunəsisiniz və şərəfli Fələstin xalqı sizin bayraqınız altında İslam dünyasında azadlıq hərəkatının daima ön sıralarında olduğunu göstərdi".
Həmas hərəkatının siyasi bürosunun sədri İsmayıl Həniyyə də İran İslam Respublikasının Fələstin məsələsindəki mövqeyini qiymətləndirərək, deyib: "İran İslam Respublikası Fələstin və Qüdsi-Şərifin amalını dəstəkləməkdə öncül ölkələrdən biridir və Allah-ın lütfü ilə Qüdsü, İslami dəyərləri və Fələstini müdafiə etmək üçün İslam ümmətinin ilk səngərində hazırıq".