"İslam ölkələrini məzlum Fələstin xalqına dəstək verərməyə çağırıram"
https://azeri.sahartv.ir/news/İran-i377190-İslam_ölkələrini_məzlum_fələstin_xalqına_dəstək_verərməyə_çağırıram
Eastnews.org-un verdiyi xəbərə görə, İranın Qum şəhərində təqlid mərcələrindən olan Ayətullah Ələvi Qorqani dünya müsəlmanlarına müraciət edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 20, 2021 10:44 Asia/Baku

Eastnews.org-un verdiyi xəbərə görə, İranın Qum şəhərində təqlid mərcələrindən olan Ayətullah Ələvi Qorqani dünya müsəlmanlarına müraciət edib.

SəhərAzəri-nin məlumatına əsasən, müraciətdə o, qəsbkar İsrail rejiminin Fələstin xalqına hücumlarını pisləyərək, müsəlman xalqları və İslam ölkələrini onlara mənəvi və maddi dəstək verməyə çağırıb.

 Həmçinin bəyanatda deyilir:  "Davamlı olaraq məzlum Fələstin xalqını torpaqlarını və ideallarını tərk etməyə məcbur edən, eləcə də onları mühasirəyə almağa və təqib etməyə çalışan vəhşi sionist rejimin cinayətləri gündən-günə artmaqdadır. Bu cinayətləri rejim bəzən dünya ictimaiyyəti və təkəbbürlülərin dəstəyi ilə həyata keçirir. Günahsız qadınların, kişilərin və uşaqların qanını tökmək bu rejimin daimi vərdişinə çevrilib. Bu cinayətləri qınayaraq, dünyadakı bütün azadlıqsevən insanları, xüsusilə də müsəlman xalqları və İslam ölkələrini Fələstinin məzlum xalqına mənəvi və maddi dəstək verərməyə və ona kömək etməyə çağırıram. Fələstin xalqını isə dayanıqlı olmağa, Allaha güvənməyə və Allahın qələbəsinin onlara şamil olunacağına əmin olmağa çağırıram".