General Salami fələstinlilərin daha da gücləndiyini vurğuladı
"Vurub qaçmaq dövrü başa çatıb"
May 30, 2021 12:56 Asia/Baku
Sionistlər bilməlidirlər ki, vurub qaçmaq dövrü başa çatıb. Bunu, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, «Russia Əlyəum» informasiya kanalı ilə müsahibədə Fələstinin qüdrətinin artmasına işarə edən general-mayor pasdar Hüseyn Salami bildirib ki, yeni Fələstin formalaşıbdır.
Onun sözlərinə görə, son savaş sionist rejimin hesablamalarına güclü Fələstini qəbul etdirdi.
General Salami həmçinin bildirib ki, fələstinlilər gündən-günə daha da qüdrətli olacaqlar.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı habelə vurğulayıb ki, İran xalqı seçkilərdə geniş iştirakla bağlı İslam İnqilabının Böyük Rəhbərinin tövsiyələrinə ləbbeyk deyəcək.