May 31, 2021 20:28 Asia/Baku
  • İran qaçqınların qəbul edilməsində nümunəvi ölkədir

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK/UNHCR) dünyada əfqan mühacirlərin vəziyyəti barədəki hesabatında İranın təqribən 3,6 milyon əfqan miqrantı qəbul etmək üzrə səyləri və addımlarını alqışlayıb.

SəhərAzəri-nin məlumatına əsasən,BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı , İranı, mühacirlərin qəbul edilməsində meyar bir ölkə kimi təqdim edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu video-hesabatda əfqan uşaqların İran məktəblərində oxumalarını göstərib. Bildirib ki, dünya İranın 40 ildən çox bir müddətdə milyonlarla əfqan miqrant üçün göstərdiyi səyləri, oynadığı rolu və bu sahədə malik olduğu payı unutmamalıdır.

Belə bir halda, son zamanlar İrana olan bir həftəlik səfərini başa vuran BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Asiya və Okeaniya üzrə bölmə müdiri İndrika Ratuate bu haqda belə deyib: Bütün beynəlxalq oyunçular davamlı sülhə zəmanət üçün Əfqanıstanla həmkarlığı, həmçinin əfqan miqrantları qəbul edən ölkələrə dəstəyi davam etdirmək kimi məsuliyyətə malikdirlər.

Ratuate söyləyib ki, əfqan miqrantların İranın təhsil sistemində iştirakı və fəaliyyəti, həmçinin bu sektorda işləmələri və bank xidmətlərindən istifadə etmələri İran İslam Respublikasının əfqan mühacirlərə yardım və dəstəklərindəndir; bu da digər ölkələr üçün bir meyar sayılır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bundan öncə də bir hesabatda bildirmişdi ki, İranda adı qeydə alınmış təqribən bir milyon qanuni əfqan mühacir yaşayır.

Təqribən iki milyon əfqan didərgin də qanunsuz şəkildə və şəxsiyyət vəsiqəsi olmadan İranda yaşayır.

İranda istər qanuni, istərsə də qanunsuz əfqan miqrantların təhsili pulsuzdur. Onlar ayrı-seçkilik olmadan səhiyyə və müalicə xidmətlərindən yararlanırlar.

Teqlər