Seçkilərin tam təhlükəsizlikdə keçməsi üçün tədbirlər düşünülüb
İyun 02, 2021 06:40 Asia/Baku
Böyük Tehranın nizam-intizam qüvvələrinin komandanı vurğulayıb ki, seçkilərin tam təhlükəsizlikdə keçməsi üçün tədbirlər düşünülüb.
SəhərAzəri-nin məlumatına əsasən, «seçkilərdə nizam-intizama və təhlükəsizliyə qarşı kiçicik bir xələlin gəlməsinə icazə verməyəcəyik»- deyə general pasdar Hoseyn Rəhimi vurğulayıb.
O deyib ki, seçkilərin tam təhlükəsizlik və lazım olan asayişdə keçirilməsi üçün lazımi tədbirlər düşünülüb.
«Seçkilər İran xalqının böyük təlim-məşqidir. Bu təlim-məşqdə xalqın şüurlu və şövqlü iştirakı dostları ümidvar, düşmənləri isə məyus edəcək.»-general Rəhimi qeyd edib.
İranda 13-cü prezident seçkiləri cari il iyunun 18-də keçiriləcək.