İyun 08, 2021 14:12 Asia/Baku
  • Səhiyyə cəhətdən sağlam seçkilərin keçirilməsi üçün şərait yaradılıb

İranın daxili işlər naziri deyib ki, seçkilərin tam təhlükəsiz və səhiyyə cəhətdən tamamilə sağlam keçirilməsi üçün bütün şərait yaradılıb.

 SəhərAzəri-nin məlumatına əsasən, Əbdorreza Rəhmani-Fəzli dünən korona ilə mübarizə üzrə milli komitənin əməliyyat qərargahının 15-ci iclasının kənarında daha sonra bildirib ki, bütün orqanlar təbliğat və seçki günlərində səhiyyə protokollarına maksimum riayətlə xalq iştirakının siyasi bayramı və son dərəcə mühüm bir məsələ olan seçklərin korona xəstəliyinin yayılması və güclənməsi üçün bir zəminə çevrilməsinə yol verməmək üçün tam hazırlığa malikdirlər.

İranda 13-cü prezident seçkiləri iyunun 18-də keçiriləcək.

Teqlər